Cümə , 10 May 2024

Dünya

Azərbaycanda istehsal edilən məhsul və xidmətlərin ixrac portalı yaradılıb Böyüt

Azərbaycanda istehsal edilən məhsul və xidmətlərin ixrac portalı (www.export.az) fəaliyyətə başlayıb. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, bu portal qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin sərəncamı ilə qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq yaradılıb. İxrac portalı xarici ticarət tərəfdaşları ilə münasibətlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətədavamlı yerli istehsal məhsullarının dünya …

Read More »

Fransada polislər etiraz aksiyaları keçirirlər Böyüt

Bu gün Fransanın Marsel şəhərində 200 polis aksiya keçirib. APA-nın “Europe 1” radiosuna istinadən verdiyi məlumata görə, polislər əmək haqlarının artırılmasını və boş ştatlara əməkdaşların götürülməsini tələb ediblər. Polislər şübhəlilərin saxlanılmasından sonra aparılan məhkəmə araşdırmasından da narazılıqlarını bildiriblər. Bir çox polis aksiyaya ailəsi ilə birlikdə gəlib. Aksiya zamanı hər hansı insident yaşanmayıb. Oktyabrın 26-da Marseldə polislərin daha böyük aksiyasının keçiriləcəyi …

Read More »

“Dərs” filmi “Listapad” film festivalında nümayiş olunacaq

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi “Listapad” XXIII Beynəlxalq Minsk Film Festivalına dəvət alıb. Festival noyabrın 4-dən 11-dək Belarusun paytaxtı Minsk şəhərində baş tutacaq. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, “Dərs” festivalın “Listapadik” uşaq filmləri müsabiqə proqramı çərçivəsində nümayiş etdiriləcək. “Listapadik” müsabiqə proqramında Azərbaycanla yanaşı, Belçika, Bolqarıstan, Almaniya, Fransa və ABŞ rejissorlarının filmləri yer alıb. Qeyd edək …

Read More »

Cefri Verbok: “Azərbaycanı tanımasaydım, adi ömür yaşayacaqdım”

“Kamança mənim həyatımı dəyişdi” Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı Cefri Verbokun APA-ya müsahibəsi – Cənab Verbok, müəllifi olduğunuz “Gənc səslər, qədim nəğmə” filmi bir neçə gün əvvəl təqdim olundu. İstərdim, söhbətə Bakı premyerası ilə başlayaq… – Əvvəla, çox sevinirəm ki, bu filmi Bakıda təqdim edə bildik. Həmin gecə mənim ürəyim dolu idi. Həm jurnalistlərlə, həm də tamaşaçılarla fikirlərimi …

Read More »

“Nar” fiziki məhdudiyyətli şəxslər üçün layihəyə start verib

“Nar” fiziki məhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə “Təlim məktəbi” adlı yeni sosial layihəyə start verib. “Report” xəbər verir ki, “Təlim məktəbi” layihəsinin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiya etdirilməsi istiqamətində mobil operator tərəfindən həyata keçirilən sosial məsuliyyət strategiyasının davam etdirilməsidir. Layihənin təqdimatında çıxış edən “Uğur akademiyası”nın həmtəsisçisi Cavid Şahmaliyev bildirib ki, nitq və eşitmə məhdudiyyətli gənclərin layihə çərçivəsində …

Read More »

“Bavariya”nın yarımmüdafiəçisi Avropanın ən yaxşı gənc futbolçusu seçilib Böyüt

“Bavariya” klubunun yarımmüdafiəçisi, Portuqaliya yığmasının üzvü Renatu Sançeş Avropanın ən yaxşı gənc futbolçusuna təqdim edilən “Golden Boy” mükafatına layiq görülüb. APA-nın məlumatına görə, bu barədə İtaliyanın “Tuttosport” qəzeti xəbər verib. 2003-cü ildə “Tuttosport” tərəfindən təsis edilmiş “Golden Boy” mükafatı hər il yaşı 21-dən çox olmayan ən yaxşı Avropa futbolçusuna təqdim edilir. Avqustun 18-də 19 yaşı tamam olmuş R.Sançeş “Golden Boy” …

Read More »

Maltada qəzaya uğrayan təyyarədə ölənlərin hamısı Fransa vətəndaşıdı

Maltanın cənubunda yerləşən Luka şəhərindən Liviyanın Misratu bölgəsinə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölən 5 nəfər Fransa vətəndaşıdır. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini “Twitter” səhifəsində yazıb.  O, ölənlərin qurumun məmurları olması haqda məlumat təkzib edib: “Bu uçuşun Avropa İttifaqının fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”. ***  Avropa İttifaqının …

Read More »

Yararsız “Galaxy Note 7” smartfonuna görə yeni təzminat forması

Cənubi Koreyanın Samsung Electronics kompaniyası ölkədə yararsız “Galaxy Note 7” smartfonunun sahiblərinə yeni təzminat forması təklif edib. Onlar smartfonlarını digər modellərlə, o cümlədən “Galaxy S7” ilə dəyişə və ya gələcəkdə “Galaxy S8” və “Note 8” ilə dəyişməyə imkan verən proqrama daxil ola bilərlər. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə kompaniyanın press-relizində deyilir. Bir qədər əvvəl “Samsung Electronics” …

Read More »

Danimarkanın Ahrus şəhər bələdiyyəsinin üzvü Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

Danimarka Krallığındakı “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli və Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İdarə Heyətinin üzvü Ayaz Məmmədov bu ölkənin Ahrus şəhərində Avropa parlamentinin keçmiş deputatı, Ahrus bələdiyyəsinin üzvü Hüseyin Aracla görüşüblər. AZƏRTAC xəbər verir ki, görüşdə uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında söhbət …

Read More »

Güləşçilərimiz beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar

Dağıstanda 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının mükafatçısı Yusup Abdusalamovun adına təşkil edilən sərbəst güləş üzrə VII açıq Respublika turniri keçirilib. AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 2 bürünc medala sahib olublar. 74 kiloqram çəki dərəcəsində mübarizə aparan “Rio-2016”nın bürünc medalçısı, ikiqat Avropa çempionu Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub və turnirin …

Read More »