Cümə axşamı , 26 Fevral 2026

Dünya

Fuad Poladov: “Azdrama”dan getmişəm

Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrından istefa verməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirib. Xalq artisti APA-ya açıqlamasında bildirib ki, teatrdakı işindən uzaqlaşıb: “Bəli, yayılan xəbərləri təsdiqləyirəm, teatrdakı işimdən getmişəm. Rəsmi müraciət etməmişəm, ərizə yoxdur. Sabah son tamaşamdır, “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında oynayacağam. Məsələnin təfərrüatı haqqında açıqlama vermək istəmirəm”. *** Akademik Milli Dram Teatrı xalq artisti Fuad …

Read More »

Son zəlzələ İtaliyanı dağıtdı – bir neçə min adam evsiz qaldı

Mərkəzi İtaliyada baş vermiş son yeraltı təkanlardan sonra bir neçə min adam evsiz qalıb. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir. Məlumata görə, zəlzələ ötən gün yerli vaxtla saat 19:11-də İtaliyanın mərkəzi hissəsində 5,4 bal gücündə baş verib. Zəlzələnin episentri Maçerata vilayətində 9 km dərinlikdə qeydə alınıb. Daha sonra saat 21:18-də 5,9 bal gücündə, üçüncü titrəyiş gecə saatlarında 4,6 …

Read More »

“Forbes” Azərbaycanın müasir Ələt limanı haqqında süjet hazırlayıb

Ələt qəsəbəsində yerləşən yeni Bakı limanı regionun dəyişən nəqliyyat sxemində mühüm hissə və inkişaf edən Yeni İpək Yolunun mərkəzində istehsalat mərkəzi olacaq. Trend-in məlumatına görə, bu barədə “Forbes”in videosüjetində deyilir. Qeyd olunur ki, liman Qazaxıstandan Avropaya, Rusiyadan İrana iki mühüm nəqliyyat dəhlizinin kəsişməsində yerləşir. Bildirilir ki, yeni Bakı limanının sahəsi 20 kvadrat kilometrdir və gələcəkdə burada azad ticarət zonası yaradılacaq. …

Read More »

Çinin XİN rəsmisi: Çin səmimi dost kimi Azərbaycanın uğurlarına sevinir

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibəti ilə ölkəmizin Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyi rəsmi qəbul təşkil edib. Çinin hökumət nümayəndələrinin, Pekindəki diplomatik korpusun təmsilçilərinin, bu ölkədə yaşayan soydaşlarımızın, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səslənib. Müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycanın XX əsrin sonunda öz müstəqilliyini yenidən bərpa etdiyini diqqətə çatdıran …

Read More »

Azərbaycan səfiri etimadnaməsini Ukrayna Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Ukraynaya yeni təyin olunmuş səfiri Azər Xudiyev oktyabrın 26-da etimadnaməsini Ukrayna Prezidenti Pyotr Poroşenkoya təqdim edib. Bu barədə AZƏRTAC-a Ukrayna dövləti başçısının mətbuat xidmətindən məlumat veriblər. Prezident və diplomat Ukrayna ilə Azərbaycanın suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsi barədə ölkələrimizin mövqelərinin dəyişmədiyini vurğulayıblar. Görüşdə Ukrayna-Azərbaycan dialoqunda müşahidə olunan yüksək dinamika müsbət qiymətləndirilib. Azərbaycan Respublikası və …

Read More »

Kreml Ukraynanın etiraz notasına münasibət bildirib

Rusiya prezidentinin ölkənin hər hansı regionuna, o cümlədən Krıma səfər etmək hüququ var. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov Ukrayna tərəfinin Vladimir Putinin Krıma səfəri ilə bağlı etiraz notasına münasibət bildirərkən deyib. “Ukrayna ənənəvi olaraq etiraz edir. Biz də ənənəvi olaraq bu etirazları diqqətə almırıq. Prezident lazım bildiyi regiona səfər edir. Bu, Rusiyanın daxili işidir. …

Read More »

Ukraynada azərbaycanlı tələbə universitet yataqxanasının 7-ci mərtəbəsindən düşərək ölüb

Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin azərbaycanlı tələbəsi universitetin yataqxanasının 7-ci mərtəbəsindən düşərək ölüb. APA-nın məlumatına görə, hadisə dünən səhər baş verib. Azərbaycan vətəndaşı, İmişli rayonunun Cəfərli kəndində anadan olmuş ikinci kurs tələbəsi Abbaszadə Emil Mahir oğlunun intihar etdiyi, yoxsa kimlərsə tərəfindən yüksəklikdən atıldığı hələlik məlum deyil. Tələb yoldaşlarının bildirdiyinə görə, onun yataqxananın 7-ci mərtəbəsindən düşdüyünü görüblər. Lakin hadisənin motivi …

Read More »

Prezident İlham Əliyev 4 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kodzo Kpoku Alabonun etimadnaməsini qəbul edib.“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Uruqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Delqado Xentanın etimadnaməsini də qəbul edib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kanadanın …

Read More »

Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu vətənə qayıdıb

NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.Hazırda Azərbaycan ordusunun 90 hərbi qulluqçusu, 2 hərbi …

Read More »

Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də səhər bəzi yerlərdə zəif duman olacaq, gün ərzində arabir yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, yarımadada və paytaxtda mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu Abşeronda gecə 6-8, gündüz 10-13, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün …

Read More »