“Neftçi” bu gün UEFA Avropa Liqasında ilk oyununu keçirəcək. Boyukmillet.com-un məlumatına görə, “ağ-qaralar” Bakıda Finlandiyanın HİK (Helsinki) komandası ilə qarşılaşacaq. “Bakcell Arena”da oynanılacaq görüş saat 21:00-da başlayacaq. Matçı Şotlandiyadan olan FIFA refirisi Uilyam Kollum idarə edəcək. Paytaxt təmsilçisinin heyətində zədəli Namik Ələskərov və cəzalı Mert Çelik meydana çıxa bilməyəcək. Qeyd edək ki, komandalar cavab qarşılaşaması avqustuna 12-də Helsinkidə keçiriləcək. Bu …
Read More »“Mançester Yunayted”in baş məşqçisi: “Məni Azərbaycanla oyunda qollar vurduqdan sonra aldılar”
İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ule-Qunnar Şulşer futbolçu olduğu dönəmdə “qırmızı şeytanlar”a transferi haqqında danışıb. Boyukmillet.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis müsahibəsində 1996-cı ildə Norveç “Molde”sində çıxış etdiyini xatırladıb. O, İngiltərə təmsilçisinə keçidinin həmin il Norveç yığmasının heyətində Azərbaycan millisinə qarşı keçirdiyi oyundan sonra gerçəkləşdiyini bildirib: “Həmin matçda iki baxımlı qol vurdum. Biri çox gözəl …
Read More »Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan 13,625 xalla 29-cu sıradakı mövqeyini qoruyub. Sloveniya (14,125) 28-ci sıraya düşüb. Qazaxıstan (14,250) bir pillə irəliləyərək 27-ci olub. Polşa isə 13,500 xalla 30-cu yerdədir. “Qarabağ”ın İsraildə”Aşdod”u 1:0 hesabı ilə yenməsi ölkənin aktivinə daha 0,250 xal qazandırıb. Daha əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsindəki qələbələrə görə “Neftçi” …
Read More »Azərbaycan Premyer Liqasının püşk vaxtı bilindi
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Boyukmillet.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mərasim iyulun 30-da AFFA-nın inzibati binasında baş tutacaq. Saat 14:00-da başlanacaq və pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək tədbirə klub və KİV nümayəndələri dəvətlidir.Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü 14 avqustda start götürəcək.
Read More »Azərbaycanlı veteran futbolçu vəfat etdi
Azərbaycanın veteran futbolçusu Müzəffər Qasımov dünyasını dəyişib. Boyukmillet.com-un məlumatına görə, o, 80 yaşında Gəncədə vəfat edib. Qasımov bu gün dəfn olunacaq. Qeyd edək ki, Müzəffər Qasımov “Kəpəz”in Müşahidə Şurasının üzvü idi. Keçmiş oyunçunun karyerası əsasən Gəncənin “Dinamo” klubu ilə bağlı olub. O, bölgə təmsilçisində baş məşqçi kimi də fəaliyyət göstərib.
Read More »“Keşlə”nin ilk oyununu 500 azarkeş izləyəcək
“Keşlə”nin Rusiyada “Soçi” klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa cəmi 500 azarkeş buraxılacaq. Boyukmillet.com -un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Vladimir Fedotov yerli radiolardan birinə açıqlamasında deyib. 55 yaşlı mütəxəssis bildirib ki, bu, ölkədə koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərlə bağlıdır: “Qərarı anlayışla qarşılayırıq. Stadiona gələnlər bizim sadiq azarkeşlərimiz olacaq”. Qeyd edək ki, …
Read More »Çempionlar Liqası: “Neftçi”nin potensial rəqibi müəyyənləşir
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. Boyukmillet.com-un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 14:00-da başlayacaq. Tədbirdə Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Neftçi”nin də potensial rəqibi müəyyənləşəcək. II raundda Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq “ağ-qaralar” püşkatmada səpələnmişlər səbətində yer alacaq. Azərbaycan çempionu üçün 5 mümkün rəqib var. Yalnız “Alaşkert” (Ermənistan) – …
Read More »“Qarabağ”ın sabiq futbolçusu “Sivasspor”a keçdi
“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike komandasını dəyişib. Boyukmillet.com xəbər verir ki, son 2 mövsümü Türkiyə “Kayserispor”unda keçirmiş braziliyalı hücumameylli yarımmüdafiəçi ölkənin digər klubu “Sivasspor”a keçib. Sivas təmsilçisinin rəsmi saytı 31 yaşlı vingerlə 3 illik müqavilə imzalandığını yazıb. Qeyd edək ki, Pedro Enrike 2017/2018 mövsümündə Yunanıstan PAOK-una məxsus futbolçu kimi “Qarabağ”da icarədə olub. O, Ağdam təmsilçisinin Bakıda İtaliya “Roma”sına 1:2 hesabı …
Read More »“Neftçi” növbəti transferini açıqladı
“Neftçi” klubu növbəti futbolçu transferini gerçəkləşdirib. Boyukmillet.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, portuqaliyalı mərkəz müdafiəçisi Huqo Basto ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı oyunçu 4 nömrəli formanı geyinəcək. Huqo Basto Portuqaliyanın “Varzim” (2012-2013), “Sportinq Braqa B” (2013-2015), “Aroka” (2015-2018), “Çaves” (2018-2020) və “Eştoril” (2020-2021) klublarında çıxış edib. Son mövsüm 31 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının …
Read More »“Olimpiakos” “Neftçi” ilə oyunlara 24 futbolçu sifariş etdi
Yunanıstanın “Olimpiakos” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Boyukmillet.com-un məlumatına görə, siyahıda 24 futbolçu yer alıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar