Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər Ermənistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını şərtləndirdiyi üçün Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verib. Boyukmillet.com-un xəbərinə görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan hökumətinin sülh sazişi paraflanandan sonra ATƏT-in Minsk qrupunun buraxılmasına razılaşmasına məhz bu prinsiplərin təsbiti səbəb …
Read More »Azərbaycan sərhədini pozan İraq vətəndaşı saxlanılıb
Azərbaycan dövlət sərhədini pozan İraq vətəndaşı saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib. Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan İraq Respublikası vətəndaşı – 2006-ci il təvəllüdlü Qburi Ameer Visman saxlanılıb.
Read More »Antalya Böyükşəhər Bələdiyyəsində “rüşvət” əməliyyatı: 20 nəfər barədə həbs qərarı verilib
Türkiyənin Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı “rüşvət” istintaqı çərçivəsində 20 şübhəli şəxs haqqında saxlanma qərarı verilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Məlumata görə, əməliyyat Antalya Respublika Baş Prokurorluğu tərəfindən aparılır. Bildirilib ki, həbsdə olan Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcekin “rüşvət” istintaqı çərçivəsində daha 20 şübhəli şəxs haqqında saxlanma qərarı verilib. Müəyyən edilmiş ünvanlarda keçirilən əməliyyatlarda bəzi şübhəli …
Read More »Ermənistan ABŞ ilə “Tramp Marşrutu” üzrə danışıqların keçiriləcəyini elan edib
Ermənistan yaxın zamanda ABŞ tərəfi ilə “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” layihəsinin (TRIPP, Cənubi Qafqaz vasitəsilə Avropanı Mərkəzi Asiya ilə birləşdirən Zəngəzur dəhlizinin bir hissəsi) həyata keçirilməsi ilə bağlı danışıqlar aparmağı planlaşdırır. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. “Yaxın zamanda ABŞ tərəfi ilə danışıqlar planlaşdırılır. Buraya …
Read More »“Akkuyu” AES Türkiyəyə 50 milyard dollar töhfə verəcək
“Akkuyu” Atom Elektrik Stansiyasının (AES) fəaliyyətə başlaması ilə Türkiyənin ümumi daxili məhsulu 50 milyard dollar artacaq. Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. “İldə 35 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək bu stansiya ölkəmizi ildə 7 milyard kubmetr təbii qaz idxalından xilas edəcək. Bu, həmçinin karbon emissiyalarını ildə 35 …
Read More »Tbilisi meri müxalifətə xəbərdarlıq edib: Bütün qanunsuz hərəkətlərə sərt reaksiya veriləcək
Müxalifətin “hökumət yerli seçkilərdə çoxlu sürprizlər gözləməlidir” kimi bəyanatları ölkədə sabitliyi pozmaq və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdür. “Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu Tbilisi meri Kaxa Kaladze Milli Hərəkatın üzvü Sopo Caparidzenin bəyanatına cavab verərkən deyib. O qeyd edib ki, dövlət çevrilişi ilə bağlı səslənən çağırışlar, eləcə də müxtəlif yalan məlumatların fakt kimi təqdim olunması ölkəyə nihilizmin yeridilməsinə və …
Read More »Nazir müavini: İranda Azərbaycan səfirliyinə hücum səbəbindən 1,8 milyon azərbaycanlı turisti itirdik
İranda Azərbaycan səfirliyinə hücum səbəbindən 1,8 milyon azərbaycanlı turisti itirdik. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın mədəni irs nazirinin müavini Anuşirəvan Möhsəni jurnalistlər üçün brifinqdə bildirib. “Azərbaycan vətəndaşlarına qarşı səfirlikdə baş verən hadisə nəticəsində Azərbaycandan 1 milyon 800 min turist itirdik”, – İran rəsmisi bildirib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə …
Read More »İstanbulun 6 rayonunda kütləvi tədbir və mitinqlər qadağan edilib
Türkiyənin İstanbul şəhərinin altı rayonunda kütləvi tədbir və mitinqlər sentyabrın 11-nə qədər qadağan edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə İstanbul vilayət administrasiyası məlumat yayıb. Bildirilib ki, sentyabrın 10-u yerli saatla 23:59-a qədər Beşiktaş, Beyoğlu, Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarında bütün mitinq, mətbuat açıqlaması, açıq hava toplantıları, aksiyalar, çadır qurma, stend açma və s. bu qəbildən olan bütün kütləvi tədbirlər …
Read More »Urmiya gölü tamamilə quruyub
İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölü tamamilə quruyub. Boyukmillet.com bu barədə TRT-yə istinadən məlumat verir. Qeyd olunub ki, dünyanın ən böyük duzlu göllərindən olan Urmiya gölünün qurumasına dair peyk görüntüləri İran mediasında yayımlanıb. Xatırladaq ki, daha əvvəl İran rəsmiləri görülən tədbirlər nəticə verməsə, gölün yayın axırına qədər quruyacağını bildirmişdilər. Onu da bildirək ki, Tehran administrasiyası gölün bərpası üçün 6 …
Read More »Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin keçmiş rəhbəri istintaq altındadır
Qazaxıstanın İqtisadi və Korrupsiya Cinayətkarlığı ilə Mübarizə Agentliyinin keçmiş sədri Kayrat Kojamjarovun rəhbər vəzifələrdə olduğu müxtəlif dövrlərdə səlahiyyətlərini aşması, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması faktları üzrə istintaq başlanıb. “Report”un Qazaxıstan bürosunun Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bütün cinayət işləri üzrə xüsusi prokurorların rəhbərliyi altında istintaq-əməliyyat qrupları yaradılıb. Qazaxıstan Respublikası Cinayət Prosessual Məcəlləsinin 201-ci …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
