Cümə axşamı , 2 Aprel 2026

Region

Bu gün Ukrayna və Rusiya arasında növbəti danışıqlar keçiriləcək

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya nümayəndə heyəti ilə danışıqların bazar ertəsi davam etdiriləcəyini təsdiqləyib. Bu barədə Boyukmillet.com Ukraynanın “Strana” nəşrinə istinadən xəbər verir. “Bəli, əlbəttə, sabah (bu gün-red) səhər. Növbəti tur. Bundan əvvəl işçi alt qruplarda son dərəcə intensiv iş gedirdi”, – Podolyak “Strana” nəşrinə deyib. Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər …

Read More »

Quzey Kıbrısda Novruz bayramı qeyd olunacaq

Quzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) Türkiyə və Azərbaycan millət vəkillərinin iştirakı ilə böyük Novruz bayramı tədbiri təşkil olunacaq.  Boyukmillet.com xəbər verir ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçlığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Girnə Amerika Universitetinin təşkilati dəstəyi ilə Türkiyə, Azərbaycan və KKTC millət vəkillərinin fəxri qonağı olduğu Türk dünyasının ortaq dəyəri olan Novruz bayramı ilə bağlı Spektrium Beynəlxalq Konqres Mərkəzində …

Read More »

Bakıdan Kiyev sakinlərinə 30 tondan çox humanitar yardım göndərilib

Bakı şəhərindən Kiyev sakinlərinə 30 tondan çox humanitar yardım göndərilib. Bu barədə  Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən bildirilib. Məlumat verilib ki, Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq son günlərdə Ukraynada baş verən hadisələrlə bağlı hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək məqsədi ilə Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan …

Read More »

Son sutkada Ukrayna Rusiyanın 12 hava hədəfini məhv edib, general-leytenantını öldürüb

Ukrayna Silahlı Qüvvələri qarşı tərəfin qoşunlarına zərbə endirib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında bildirilib. Məlumata görə, Ukraynanın zenit-raket qoşunları və aviasiyasının qırıcıları Rusiyanın 12 hava hədəfini – 2 qırıcı, 3 helikopter, 3 PUA və 4 qanadlı raketini məhv edib: “Ötən sutka ərzində Ukraynanın Silahlı Qüvvələri işğalçının Mikolayevsk və Sumıl vilayətlərində bir …

Read More »

Çavuşoğlu: “Kiyev Ankaranın təhlükəsizlik təminatçısı olmasının tərəfdarıdır”

Ukrayna Türkiyənin mümkün təhlükəsizlik təminatçıları sırasına daxil edilməsinin tərəfdarıdır və Moskva buna etiraz etmir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Lvovda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlardan sonra deyib. Türkiyəli nazir Ankaranın əvvəldən Ukrayna-Rusiya böhranı ilə bağlı prinsipial mövqe tutduğunu vurğulayıb. “Bu müharibədə axan qanı tez bir zamanda dayandırmaq lazımdır. Türkiyə rəhbərliyi bu …

Read More »

Zelenski: “Müharibəyə son qoyulmalıdır, təkliflərimiz masa üzərindədir”

“Ukrayna üçün sülh və təhlükəsizlik barədə yerli söhbətlər Rusiyanın öz səhvlərindən vurduğu zərəri azaltmaq üçün yeganə şansdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti müraciətində deyib. “Bir araya gəlməyin vaxtıdır. Danışmaq vaxtıdır. Ukraynanın ərazi bütövlüyünü və ədaləti bərpa etməyin vaxtıdır. Yoxsa Rusiyanın itkiləri elə olacaq ki, bir neçə nəsil belə sizin ayağa qalxmağınız üçün kifayət etməyəcək”, – …

Read More »

Ukraynada müharibənin qızğın mərhələsinin başa çatma vaxtı açıqlanıb

Ukraynada müharibənin qızğın mərhələsinin başa çatacağı vaxt açıqlanıb. Boyukmillet.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç teleqram kanalında bildirib. Onun sözlərinə görə, müharibənin qızğın mərhələsi 2-3 həftəyə başa çatmalıdır: “Kiyev, Xarkov, Sumı yaxınlığında döyüşlər başa çatıb. Onlar hətta hansısa ehtiyatlarını tapıb gətirərək hücuma keçmək istəsələr belə məğlubiyyətə düçar olacaqlar. Məsələ bir həftə və ya 10 …

Read More »

Ukraynada yaralanan azərbaycanlı Moldovaya təxliyə olunub

Ukraynanın Xarkov vilayətində güllə yarası almış Azərbaycan vətəndaşı, TIR sürücüsü Samir Tahirov Seydulla oğlu Moldovaya təxliyə olunub. Bu barədə  Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan məlumat verilib. “Samir Tahirov Xarkov şəhər xəstəxanasında müalicə olunurdu. Hadisə baş verdikdən sonra ölkəmizin Xarkov şəhərində fəxri konsulluğu həmvətənimizin müalicə prosessini diqqət mərkəzində saxlanılıb. Yaralının ilkin dönəmdə vəziyyətinin ağır olması və həkimlərin tövsiyəsinə əsasən onun …

Read More »

Ukraynalı general: “Rusiya Kiyevdən 70 km geri sıxışdırılıb”

Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərini Kiyevdən Dnepr sahillərinə doğru 70 km-dək geri sıxışdırıblar.  Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları Komandanlığı qərargahının rəis müavini, briqada generalı Oleksandr Qruzeviç məlumat verib. Onun sözlərinə görə, Rusiyanın Kiyevi ələ keçirməkdə iki başlıca hədəfi var: “Onlar bir zərbə ilə ölkəni başsız qoyub sonra şərtlərini diktə etmək istəyirdi. Ancaq …

Read More »

Rusiya Ukraynanın Lvov şəhərini raket atəşinə tutub

Rusiya Ukraynanın qərbində yerləşən Lvov şəhərinin bir neçə rayonunu raket atəşinə tutub. Boyukmillet.com  UNIAN-a istinadən xəbər verir ki, bunu Lvovun meri Andriy Sadovı bildirib. O raket atəşinə tutulan ünvanları dəqiq deyə bilməyəcəyini vurğulayıb. Mer əlavə edib ki, hava limanının atəşə tutulmadığını isə dəqiq bilir. Raket atəşi nəticəsində itkilər və dəyən ziyan dəqiqləşdirilir. Xatırladaq ki, Ukraynanın şərqində gedən döyüşlərdən qaçan mülki …

Read More »