Cümə axşamı , 2 Aprel 2026

Region

Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub

İstanbul danışıqlarında iştirak edəcək Rusiyanın nümayəndə heyətinin və ekspertlər qrupunun tərkibi məlum olub. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski (nümayəndə heyətinin rəhbəri), Rusiya XİN başçısının müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir. Ekspertlər qrupuna isə Baş Qərargahın informasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezident Administrasiyasının humanitar …

Read More »

Ermənistanda pul müqabilində hərbi xidmətin qısaldılması təklif olunur

2020-2024-cü illər ərzində 9 minə yaxın Ermənistan vətəndaşı 18 yaşı tamam olmadan hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan çıxıb Ermənistan hakim partiyasının deputatı məcburi hərbi xidmət müddətini əhəmiyyətli dərəcədə azaltmaq üçün çağırışçıların dövlət büdcəsinə pul ödəməsinə icazə verilməsini təklif edib. OC media yazır ki, deputat Hayk Sarkisyanın təklifinə görə, çağırışçılar dövlət büdcəsinə 38,000 ABŞ dolları ödəməklə 24 ayın yalnız altı ayını, ya da …

Read More »

Gürcüstan parlamenti “Siyasi partiyaların qadağan edilməsi haqqında” qanunu təsdiqləyib

Hakim “Gürcü arzusu” partiyası bu qanunu vəd etdiyindən daha tez qəbul etdi Mayın 13-də Gürcüstan parlamenti “Vətəndaşların siyasi birlikləri haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara müstəqil hüquqşünasların repressiv kimi qiymətləndirdiyi əlavələr paketini üçüncü və yekun oxunuşda yekdilliklə qəbul edib. “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna edilən dəyişikliklər hansı hallarda partiyanın qadağan oluna biləcəyini izah edir. Bu hallara daxildir: Əgər onun məqsədi Gürcüstanın …

Read More »

Baş Prokurorluq Koçaryanın qanunsuz yolla əldə etdiyi əmlakın müsadirə edilməsini tələb edib

Ermənistan Baş Prokurorluğu ikinci prezident Robert Koçaryanın qanunsuz əmlakının və onunla əlaqəli şəxslərin 22 daşınmaz əmlakının, 15 müxtəlif şirkətdəki payların müsadirə edilməsini tələb edir. Boyukmillet.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə baş prokuror Anna Vardapetyan parlamentində bildirib. “İş üzrə cavabdehlər Robert və Bella Koçaryanlar, Sedrak Koçaryan və Zarui Badalyan, Levon və Siranuş Koçaryanlar, Qayane Koçaryan və Vigen Çatinyandır. …

Read More »

İran Rusiyaya yaxınmənzilli ballistik raketlər tədarük edəcək

İran yaxın zamanda Rusiyaya yaxınmənzilli ballistik raketlər tədarük edəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasının teleqram kanalı yayıb. Qeyd olunub ki, İran Rusiyaya “Fəth-360” buraxılış qurğuları göndərəcək. Məlumata görə, bu raketlər 120 km-ə qədər əməliyyat radiusuna malikdir. 2024-cü ilin sentyabrında ABŞ administrasiyası İranın Rusiya bayrağı olan doqquz gəmi ilə bu ölkəyə ballistik raketlər çatdırdığını bildirmişdi. Mütəxəssislər vurğulayıblar …

Read More »

Suriya zəvvarların daşınması üçün Türkiyə və Səudiyyə Ərəbistanı ilə sazişlər imzalayıb

Suriya həcc ziyarəti zamanı suriyalı zəvvarların daşınması üçün Türkiyə və Səudiyyə Ərəbistanı ilə hava nəqliyyatı sazişləri imzalayıb. Boyukmillet.com Suriya mətbuatına istinadən xəbər verir ki, sənədlər Suriyanın Vəqflər Nazirliyinin Həcc və Ümrə İdarəsi ilə “Türk Hava Yolları” və “Centromo Hava Yolları” arasında imzalanıb. Məlumata görə, müqavilələr zəvvarların Dəməşq Beynəlxalq Hava Limanından Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanına, geridönüşdə isə Mədinədəki Şahzadə Məhəmməd …

Read More »

Ərdoğan: Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək

Türkiyə bütün maneələri dəf edib, bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək. Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qrup nazir və deputatla görüşündə deyib. Onun sözlərinə görə, bundan sonra bütün Türkiyə üçün yeni dövr başlayacaq: “Bu mənada, siyasətin üzərinə böyük iş düşəcək. Bu prosesdən siyasi olaraq faydalanmaq istəyənlər ola bilər, buna …

Read More »

Rusiyada naməlum şəxslər məktəblilərə atəş açıblar

Rusiyanın Buryatiya vilayətində naməlum şəxslər ictimai nəqliyyat dayanacağında məktəblilərə atəş açıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə “Ves Ulan-Ude” Telegram kanalı məlumat yayıb. “Buryatiya kəndlərindən birində məktəblilərə pnevmatik silahdan atəş açılıb. Hadisə Kabansk rayonunun Bryansk kəndində baş verib. Xuliqanlar dayanacaqda duran uşaqlara atəş açıblar”, – məlumatda qeyd olunub. İlkin məlumata görə, atəş açanlar gimnaziyanın iki şagirdi və texnikumun bir tələbəsi …

Read More »

Türkiyə XİN: Hindistanın Pakistana hücumu hərtərəfli müharibə riski yaradıb

Hindistanın Pakistana hücumu hərtərəfli müharibə riski yaradıb. Bu barədə “Report”un Ankara bürosuna Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumatda qeyd olunub. Nazirliyin Pakistan və Hindistan arasında yaşanan son hadisələrlə bağlı yaydığı bəyanatda bildirilib ki, Türkiyə Pakistan və Hindistan arasında baş verən hadisələri narahatlıqla izləyir: “Ötən gecə (6 may) Hindistanın hücumu hərtərəfli müharibə riski yaradıb. Biz mülki şəxsləri və mülki infrastrukturu …

Read More »

AK 2027-ci ilə qədər Rusiya qazından imtina planını təsdiqləyib

Avropa Komissiyası (AK) bu gün Avropa İttifaqına (Aİ) Rusiyadan enerji daşıyıcılarının idxalının dayandırılması üçün “yol xəritəsi” layihəsini təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu barədə AK-nın enerji məsələləri üzrə üzvü Dan Yorgensen Strasburqda keçirilən mətbuat konfransında bildirib. “Bu gün biz “yol xəritəsi”ni təsdiq etdik və gələn ay komissiyanın qanunvericilik təkliflərini təqdim edəcəyik”, – o qeyd edib. AK-nın paylaşımına əsasən, “yol …

Read More »