Cümə axşamı , 2 Aprel 2026

Region

Rusiyada hökumət binasına qumbara atılıb

Rusiyanın Samara vilayətində hökumət binasına qumbara atılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev məlumat verib. Onun sözlərinə görə, insident nəticəsində tələfat və xəsarət alan olmayıb. Partlayış nəticəsində səki plitələrinə ziyan dəyib. Qumbaranı atan şəxs saxlanılıb. Hadisənin motivləri araşdırılır.

Read More »

Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsinin tikintisini başa çatdırıb

Ermənistan Türkiyə ilə sərhəddə “Marqara” keçid məntəqəsinin tikintisini başa çatdırıb və sərhədi açmağa hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan brifinqdə bildirib. “Biz respublikanın baş naziri ilə həmin sərhəd-keçid məntəqəsində olduq. Tikinti işləri başa çatıb və keçid məntəqəsi açılmağa hazırdır. Sərhədin açılması siyasi məsələdir və təkcə Ermənistanın mövqeyindən asılı deyil”, – o …

Read More »

Türkiyədə 53 nəfərin ölümü ilə nəticələnən terror aktının iştirakçılarından biri tutulub

Türkiyənin Reyhanlı şəhərində törədilən terror aktının iştirakçılarından biri tutulub. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, Temir Dükancı Milli Kəşfiyyat İdarəsinin (MİT) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Suriya-Livan sərhədində saxlanılaraq Türkiyəyə gətirilib. Məlumata görə, terrorçu Suriyadan Livana qaçmaq istəyirdi. Qeyd olunub ki, narıncı bülletenlə axtarılan terrorçu ölkədə baş verən son proseslər fonunda Suriyadan Livana qaçmaq istəyirdi. Xatırladaq ki, 2013-cü ildə …

Read More »

Ermənistan Azərbaycandan sülh sazişi layihəsinə cavab alıb

Ermənistan Azərbaycandan sülh sazişi layihəsinə cavab alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. “Biz Azərbaycandan sülh sazişi ilə bağlı cavab almışıq, lakin digər sahələrdə – kommunikasiyaların blokldan çıxarılması, silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi ilə bağlı təkliflər cavabsız qalır”, – o deyib.

Read More »

İranlı nazir müavini: Təhsil sistemində 120 tədris problemi aşkarlanıb

Təhsil sistemində 120 tədris problemi aşkarlanıb. Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın təhsil və mədəniyyət nazirinin müavini Məhəmməd Hüseyn Purşani bildirib. Məlumata görə, nazir müavini təhsildəki problemlərin müəyyən edilməsinin vacibliyini vurğulayıb: “Təhsildəki problemlərin müəyyənləşdirilməsi üçün araşdırma apardıq. Təhsildə 120 problem müəyyən etdik”. O, problemlərin həlli ilə bağlı mütəxəssislərin təklifini eşitmək və onlardan faydalanmaq istədiklərini bildirib.

Read More »

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 353 nəfər saxlanılıb

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildirib ki, Adıyaman, Ankara, Aydın, Balıkesir, Bartın, Bilecik, Bursa, Diyarbakır, Edirne, Elazığ, Gaziantep, Isparta, İstanbul, İzmir, Kahramanmaraş, Karaman, Kayseri, Kırşehir, Kocaeli, Konya, Kütahya, Manisa, Muğla, Ordu, Rize, Tokat, Trabzon, Tunceli, Uşak ve Yozqar vilayətlərində keçirilən əməliyyat nəticəsində ümumilikdə 353 …

Read More »

Rusiya ordusu Kursk vilayətindən Ukrayna ərazisinə daxil olub

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bir saat əvvəl Rusiya Silahlı Qüvvələrinin döyüşçülərinin Kursk vilayətində Ukrayna ilə sərhədi keçməsi barədə ona məruzə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Mənə bir saat əvvəl məruzə edilən ən son məlumata görə, bu gecə 810-cu briqadanın döyüşçüləri Rusiya Federasiyası və Ukrayna sərhədini keçərək düşmənin ərazisinə daxil olublar”, – o, Sankt-Peterburqda …

Read More »

Türkiyədə 51 əyalətdə PKK ilə əlaqədə şübhəli bilinən 282 nəfər saxlanılıb

Türkiyənin 51 əyalətində PKK terror qruplaşmasına qarşı beş gündür davam edən “GÜRZ-46” antiterror əməliyyatı nəticəsində 282 şübhəli saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib. Onun sözlərinə görə, həmin şəxslər terror təşkilatını maliyyələşdirməkdə, terror təşkilatına üzv toplamaqda köməklik göstərərək ortaq fəaliyyətlə məşğul olmaqda, təşkilatı dəstəkləyən qadağan olunmuş nəşrləri təqdim etməkdə ittiham …

Read More »

Türkiyə parlamentində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçiriləcək

Türkiyə Böyük Millət Məclisində (parlamentində) Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək. Bu barədə Azərbaycanın Ankaradakı səfirliyindən məlumat verilib. Anım tədbiri fevralın 24-də Türkiyə Böyük Millət Məclisinin nəzdində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi tərəfindən Azərbaycan diplomatik missiyasının dəstəyi ilə təşkil olunacaq. Tədbirdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç çıxış edəcəklər. “33-cü …

Read More »