Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a ölkənin hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib. “General-leytenant Kuznetsov cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. İşin istintaqı Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən aparılır. Artıq müstəntiq general barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib”, – agentliyin həmsöhbəti açıqlayıb. Eyni …
Read More »İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
İrəvanda və Ermənistanın bir sıra regionlarında arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyaları bərpa edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Ermənistanın paytaxtında hazırda Xorenatsi küçəsi, Tiqran Mets və Azatutyan prospektləri bağlanıb. Etirazçılar Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin əleyhinədirlər. Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət …
Read More »Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
Ermənistan parlamentinin keçmiş deputatı, “Alyans” partiyasının lideri Tiqran Urixanyan Ermənistan tərəfinin tələbi ilə Rusiyada saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb. Daha əvvəl T.Urixanyan İrəvan Ağsaqqallar Şurasına seçilib. Sonra onun səlahiyyətlərinə xitam verilib, çünki 2023-cü ilin sentyabrında ona qarşı ölkədə konstitusiya quruluşunun zorakılıqla devrilməsinə çağırış maddəsi ilə cinayət işi açılıb.
Read More »Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
Ermənistan polisi Eçmiədzində (Üçkilsə) silah-ursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Eçmiədzinə səfər edəcək, yerli sakinlərlə görüşəcək. Polis hökumət başçısının səfəri zamanı potensial etirazçıları da saxlayıb. Ümumerməni katalikosu II Qaregen iqamətgahı Eçmiədzindəki kilsədədir.
Read More »İranlı kinorejissor 8 il həbs, şallaq, cərimə və əmlakının müsadirəsi ilə cəzalandırılıb
Məhkəmənin qərarına görə, Rasoulofun filmləri İran hakimiyyətinə qarşı yönəlib İslam İnqilab Məhkəməsinin iranlı kinorejissor Mohammad Rasoulofu səkkiz il həbs, həm də şallaq, cərimə və əmlakının müsadirəsi ilə cəzalandırdığı bildirilir. Bu barədə kinorejissorun vəkili Babək Paknia “X” hesabında məlumat verib. Vəkilin sözlərinə görə, hökmə Rasoulofun ictimai açıqlamaları, habelə çəkdiyi bədii və sənədli filmlər səbəb olub. Məhkəmənin fikrincə, Rasoulofun filmləri İran hakimiyyətinin təhlükəsizliyinə …
Read More »Ermənistan prezidenti: Qonşu ölkələrlə mehriban münasibətlər qurmaqda qətiyyətliyik
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ilə görüşündə ölkəsinin qonşu dövlətlərlə mehriban qonşuluq münasibətləri qurmaqda qətiyyətli və birmənalı mövqeyini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan prezidentinin aparatı məlumat yayıb. O qeyd edib ki, bunun təsdiqi hazırda Ermənistanla Azərbaycan arasında aparılan sərhədlərin demarkasiyası prosesidir. Bundan başqa, tərəflər regional və qlobal hadisələr, mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. …
Read More »Erməni din xadimi: Koçaryanın baş nazir postuna namizədliyi müzakirə olunmayıb
“Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın ikinci prezidenti Robert Koçaryanla onun baş nazir postuna namizədliyini heç vaxt müzakirə etmədiyini bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. O, Respublika meydanında çıxış edərək qeyd edib ki, R.Koçaryanın namizədliyinin irəli sürülməsi məsələsi gündəmdə deyil. Onun sözlərinə görə, bu mifi hərəkatın əleyhdarları ortaya atıblar. Keçmiş Ombudsman …
Read More »Rusiya XİN: Üçtərəfli bəyanat aktuallığını qoruyur
Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanat indiki şəraitdə öz aktuallığını saxlayır, onun alternativi yoxdur. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. “2020-2022-ci illərdə imzalanan üçtərəfli sazişlər toplusu hazırkı şəraitdə də aktuallığını qoruyur. Rusiya regional nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin şərtlərinin işlənib hazırlanması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası …
Read More »ABŞ səfiri müəyyən müddət üçün Rusiyanı tərk edib
ABŞ-nin Moskvadakı səfiri Lin Treysi müəyyən müddət üçün Rusiyanı tərk edib. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Read More »Azərbaycanla sərhəddə minalar partlayış yolu ilə zərərsizləşdiriləcək
Erməni istehkamçılar Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş regionunun Kirants (Güney) kəndi yaxınlığında minaları partlayış yolu ilə zərərsizləşdirəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Minatəmizləmə işləri sözügedən kənddən 1800 metr şimalda aparılacaq. “Ətraf ərazilərdə yaşayan sakinlərdən xahiş olunur ki, bu barədə məlumatı nəzərə alsınlar və təşvişə düşməsinlər”, – məlumatda qeyd olunub.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar