Cümə , 17 May 2024

Siyasət

MM sədri Azərbaycanla bağlı qərəzli qətnamələrin qəbul edilməsini pisləyib

Milli Məclisin sədri Sahibə Qafarova Fransa Senatında və Milli Assambleyada Azərbaycanla bağlı qərəzli qətnamələrin qəbul edilməsini pisləyib. Boyukmillet.com xəbər verir ki, spiker bu gün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonla görüşü zamanı narazılığını ifadə edib. O, ötən dövrlərdə ikitərəfli münasibətlərdə əldə olunmuş bu nailiyyətlərə baxmayaraq, bəzi Fransa rəsmilərinin və siyasətçilərinin Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə açıq …

Read More »

“Prezidentin Şuşadan xalqa müraciət etməsinin rəmzi, tarixi və siyasi əhəmiyyəti böyükdür” – RƏY

“Ümummilli Lider Heydər Əliyevin 100 illiyində Prezident İlham Əliyevin Şuşadan xalqa müraciət etməsinin rəmzi, tarixi və siyasi əhəmiyyəti çox böyükdür. Bu müraciətin məhz Şuşadan edilməsi bu şəhərin əzəldən Azərbaycanın olmasının göstəricidir. Bu o deməkdir ki, biz Şuşaya qayıtmışıq və Şuşa dirçəlir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Onun sözlərinə görə, Ulu Öndərin ən …

Read More »

Hulusi Akar: “Ermənistan başqalarının dedikləri ilə oturub-durmamalıdır”

“Ermənistan başqalarının dedikləri ilə oturub-durmamalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində baş tutan brifinqdə deyib. Onun sözlərinə görə, Ermənistanın regiondakı yeni reallıqlara uyğun davranması həm bölgə, həm də onların özlərinin xeyrinədir: “Azərbaycanla Türkiyə birgə Ermənistana sülh əlini uzadıb. Ankara və Bakı uzadılan sülh əlinin tutulmasını istəyir. Biz sülh …

Read More »

Azərbaycan Prezidentinin növbəti Əfv Sərəncamı dövlətimizin humanistliyinin göstəricisidir

Əlamətdar günlər ərəfəsində Prezident İlham Əliyevin azadlıqdan məhrum edilənlərlə bağlı əfv sərəncamları imzalaması artıq ənənə halını alıb. Dövlətimizin başçısının bu humanist addımı cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Boyukmillet.com xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Sərəncamla 463 nəfərin azadlıqdan məhrumetmə cəzasından azad edildiyini xatırladan politoloq bildirib ki, azadlığa çıxan məhkumlar islah olunduqlarını söyləyir, bir daha cinayət törətməyəcəklərinə söz …

Read More »

Azərbaycan Prezidenti və birinci xanım Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma küçədə aparılan bərpa-yenidənqurma işləri barədə məlumat verildi. Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini təmin edən və xalqımızın sarsılmaz birliyinin rəmzinə çevrilən Dəmir Yumruğun şərəfinə adlandırılan bu küçə şəhərin mərkəzi hissələrini əhatə edir. …

Read More »

Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı olub

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada …

Read More »

Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı oldu

Mayın 10-da Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanıma küçələrdə görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, Heydər Əliyev küçəsinin uzunluğu 1751 metr, eni isə yol yatağına uyğun olaraq 10-14 metr aralığında …

Read More »

Fazil Mustafa “Avroviziya”dan danışdı: “Bəzi ölkələrin qiyafətində görünməyimiz lazım deyil”

“Avroviziya” ilə bağlı yarışları izləmirəm. Mənim maraq dairəmə aid deyil. Amma müəyyən kəsim insanları maraqlandırırsa, yarışmanın hansısa tələbləri varsa, bu tələblərə uyğun şəkildə təmsilçiliyi zərərli hesab etmirəm. Azərbaycan olaraq bütün platformalarda təmsil olunmağa çalışmalıyıq. Təbii ki, “Avroviziya”da Azərbaycan xarakterini, mədəniyyətini nümayiş etdirməliyik. Qalib gəlmək, yaxud hansısa şəkildə tələb olunan formalara girmək yerinə daha çox Azərbaycanın tanıtımı, Azərbaycan mahnılarının səslənməsini təmin …

Read More »

Əfv Sərəncamı Ulu Öndərin humanizm, mərhəmət və insanpərvərlik ənənələrinin uğurlu davamının təsdiqidir – RƏY

İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmizdə insan amilinə verilən dəyər atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Əfv sərəncamları və Amnistiya aktları dövlətin insan hüquq və azadlıqlarının qorunmasına diqqətinin ifadəsidir. Əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu humanizm siyasəti son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam …

Read More »

Türkiyə səfiri Şuşada Atatürk küçəsinin açılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Prezident İlham Əliyevə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, o bu barədə tviterdə paylaşım edib. “Azad Qarabağın hər bir nöqtəsi və küçəsinin yenidənqurma işləri ilə şəxsən məşğul olan Azərbaycan Prezidenti cənab Əliyev Qafqazın tacı, Qarabağın incisi və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada yenilənən Atatürk küçəsini açdı. Təşəkkürlərimizlə”, – o bildirib. Qeyd edək ki, bu gün …

Read More »