Cümə axşamı , 9 May 2024

Yearly Archives: 2016

Xarkov vilayəti Azərbaycanla əlaqələrin inkişafına xüsusi maraq göstərir

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov vilayətinə işgüzar səfər edib. Səfirlikdən Trend-ə verilən məlumata görə, A.Xudiyev vilayətin qubernatoru Yuliya Svetliçnaya ilə görüşüb. Ukraynanın ilk paytaxtının sosial iqtisadi-inkişaf strategiyası haqqında səfirə məlumat verən xanım Y.Svetliçnaya Azərbaycanla Xarkov vilayətinin ağır və yüngül sənaye müəssisələri arasındakı qarşılıqlı əlaqələrindən bəhs edib, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Xarkov şəhərinin ali təhsil ocaqlarında …

Read More »

Beynəlxalq Diaspor Mərkəzi tərəfindən prezidentə təbrik məktubu ünvanlanıb

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 55 yaşı tamam olur.Bu münasibətlə Beynəlxalq Diaspor Mərkəzi (BDM) tərəfindən prezidentə təbrik məktubu ünvanlanıb. Təbrikdə bildirilir: Möhtərəm Prezident! Yubileyiniz münasibətilə Beynəlxalq Diaspor Mərkəzi (BDM) adından Sizə ən səmimi arzularımı çatdırıram. Xoş gününüzdə Sizə ölkəmiz və xalqımızın rifahı naminə var qüvvə ilə apardığınız fəaliyyət üçün möhkəm cansağlığı diləyirik. Sizin bütün həyat yolunuz ölkəmizə fədakarlıqla …

Read More »

“Malaysia Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Londonda qəzalı eniş edib

“Malaysia Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi dekabrın 22-də qapılardan birində yaranan texniki nasazlığa görə London aeroportuna qəzalı eniş edib. Bu barədə şirkətin yaydığı məlumatda bildirilir. Hadisə Böyük Britaniyanın paytaxtından Kuala Lumpura uçan “Airbus A380” təyyarəsi Almaniyaya məxsus hava məkanında olarkən baş verib. Şirkətdən bildirilir ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün kapitan təyyarənin geriyə dönməsi və qəzalı eniş etməsi barədə qərar …

Read More »

Almanlar: terrorçular bizi qorxuda bilməzlər

Berlində törədilmiş terror aktından sonra bütün Almaniyada milad bazarlarına gələn insanların əhvalı dəyişib: kədər və inamsızlıq hissləri qəzəb və protest duyğuları ilə əvəzlənir. Terror aktından sonrakı ilk gündə Bonn polisi ölkənin paytaxtındakı milad bazarında fəaliyyətini gücləndirib. Hadisə yerində hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşları, çadırların yanında parklanmış polis avtomobilləri diqqəti cəlb edir. Rəyi soruşulanların bir qismi vurğulayır ki, indi onlar milad bazarlarına …

Read More »

Bakıda ana və 2 yaşlı qızı dəm qazından ölüb

Bakıda ana və qızı dəm qazından zəhərlənib ölüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 21-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Siyavuş Fərzəliyev, Sabunçu rayonu ərazisində yaşayan Kəmalə Qarayeva və 2 yaşlı qızı Nərgiz Orucova evlərində dəm qazından zəhərlənərək ölüb.

Read More »

DİN Masallıdakı qətllə bağlı məlumat yaydı: hadisə yerində 25 ədəd giliz tapılıb

Daxili İşlər Nazirliyi (DİN) Masallı rayonundakı qətl hadisəsi ilə bağlı məlumat yayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirib. O, könüllü olaraq Lənkəran şəhər rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi “UZİ” markalı silahı və 7 ədəd gülləni …

Read More »

Andrey Karlovla vida mərasimi bu gün keçiriləcək

Rusiyada Türkiyədəki keçmiş səfiri, dekabrın 19-da Ankaradakı fotosərgidə güllələnmiş Andrey Karlovla vida mərasimi bu gün keçiriləcək. “Report” xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin səfirə “Rusiya Qəhrəmanı” fəxri adını verib. Dekabrın 20-də onun cənazəsi Vnukovo hava limanına gətirilib. Həmin təyyarə ilə Moskvaya mərhum səfirin anası və həyat yoldaşı da gəlib. Hava limanındakı qarşılanma mərasimində …

Read More »

Bakıda Formula-1 jurnalistikasına dair “Sürətin nəbzini tut!” mövzusunda ikigünlük təlim keçiriləcək

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı ilə Formula-1 jurnalistikasına dair “Sürətin nəbzini tut!” mövzusunda ikigünlük təlim keçiriləcək. BŞH-dən AZƏRTAC-a bildiriblər ki, yanvarın 24-25-də təşkil olunacaq tədbirdə beynəlxalq təcrübəyə malik jurnalist və multimedia mütəxəssisi Dan Mason təlimçi, Formula-1 yarışlarının rusiyalı peşəkar şərhçisi Aleksey Popov isə qonaq təlimçi qismində çıxış edəcəklər. Təlimə qeydiyyat dekabrın …

Read More »

Azərbaycan millisinin rəqibi heyətini açıqlayıb

UEFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnirdə Azərbaycanın U-17 millisinin rəqibi Qazaxıstan yığması heyətini açıqlayıb. AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq İdman Sarayında təşkil olunacaq yarış üçün Qazaxıstan millisi 26 futbolçunu heyətə daxil edib. “C” qrupunda yer alan Qazaxıstan yığması, Azərbaycan, Litva və Slovakiya milliləri ilə üz-üzə gələcək. Qazaxıstan millisinin heyətində – qapıçılar: Adaşbek Abdirazanov (“Ordabası”), Vladislav Sazonov …

Read More »

Şübhəlinin şəxsiyyəti açıqlanıb

Berlində törədilən terror aktından sonra Almaniya Federal Prokurorluğu əhalidən əslən Tunisdən olan şübhəli Anis A-nın tutulmasına yardım göstərilməsini xahiş edib. Terrorçu olduğu ehtimal edilən şəxsin həbs edilməsinə gətirib çıxaracaq informasiyaya görə 100 min avro məbləğində mükafatlandırma elan edilib. Prokurorluğun dekabrın 21-də Almaniyanın Karlsrue şəhərində açıqlanan məlumatında əhaliyə ehtiyatlı olmaq tövsiyə edilir. Sənəddə deyilir: “Özünüzü qoruyun, çünki bu adam zorakılığa meyilli …

Read More »