Şənbə , 6 Dekabr 2025

Region

Ermənistanın Müdafiə Naziri jurnalistlərə çağırış etdi

“Xarici mediada ermənilərin silah alqı-satqısı ilə bağlı xəbərləri dərc etməzdən əvvəl nazirliklə əlaqə saxlayın” Ermənistan Müdafiə Nazirliyi jurnalistləri xarici mətbuatda Ermənistanla silah sövdələşməsi və ya təchizatla bağlı xəbərlərə istinad etməzdən əvvəl onlarla əlaqə saxlamağa çağırıb.“OC Media” yazır ki, bu, Hindistan raket sisteminin ilk partiyalarının Ermənistana göndərilməsi xəbərinin yayılmasından sonra baş verib. Bazar günü müdafiə mənbələrinə istinadən Hindistan mediası ölkənin Ermənistana “Pinaka” reaktiv …

Read More »

Gürcüstanda müxalifət partiyaları mandatlarının ləğvi üçün rəsmi müraciət ediblər

Biz əminik ki, bu formada, belə qətiyyətlə, küçələrdəki bu etirazla mütləq yeni seçkilərə nail olacağıq!” Gürcüstanda “Güclü Gürcüstan”, “Dəyişiklik naminə”, “Milli Birlik Hərəkat” koalisiyası parlamentdəki mandatlarından imtina edib. “Güclü Gürcüstan” koalisiyası siyasi assosiasiyanın liderlərindən biri Mamuka Xazaradze bildirib ki, koalisiya üzvləri siyahının geri götürülməsi tələbi ilə Mərkəzi Seçki Komissiyasına rəsmi müraciət ediblər. Koalisiya üzvləri siyasi şuranın iclasında qərar qəbul ediblər. …

Read More »

Gürcüstanda ilk dəfə prezident xalq tərəfindən seçilməyəcək

Xalqın əvəzinə prezidenti 300 nəfərdən ibarət seçici kollegiyası seçəcək Gürcüstanda növbəti prezident seçkiləri dekabrın 14-də keçiriləcək. Parlament noyabrın 26-da keçirilən plenar iclasda qərar layihəsinə səs verib. Layihəni Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili təqdim edib. Həmin qərarla dekabrın 29-u prezidentin andiçmə mərasimi günü kimi müəyyən edilib. “Gürcüstan Konstitusiyasına görə, parlament seçkiləri prezident seçkiləri ilə üst-üstə düşəndə, bu halda prezident seçkiləri maksimum …

Read More »

İranda məcburi hicab qaydalarına əməl etməyən obyektlər bağlanır

İran hakimiyyəti mərkəzi Təbriz olan Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində məcburi hicab qaydalarına əməl edilməməsi səbəbindən ona yaxın iş yeri bağlayıb. Boyukmillet.com “Azad İran”a istinadən xəbər verir ki, bu barədə Marağa şəhər polis idarəsinin rəisi Əhməd Farsi bildirib. Onun sözlərinə görə, daha 145 iş yerinə xəbərdarlıq edilib. Əhməd Farsi bildirib ki, yeddi iş yeri, kafe, restoran və toy salonu “hicab …

Read More »

Gürcüstan Prezidenti: Parlamentin iclası Konstitusiyaya ziddir

Parlamentin ətrafına çox sayda polis qüvvələri cəmlənib Gürcüstan Prezidenti Salome Zurabişvili 11-ci çağırış parlamentin ilk iclasını Konstitusiyaya zidd hesab edib. Bu barədə o, “X” platformasında yazıb. “Gürcüstan parlamentinin iclası Konstitusiyaya ziddir:Kütləvi seçki saxtakarlığı onun legitimliyini sarsıtdı; Mən birinci iclası çağırmaqdan imtina etdim, Konstitusiya isə əvəzedici kimi çıxış edə biləcək heç kəsi tanımır. Mənim müraciətimə Konstitusiya Məhkəməsi baxır”, – Zurabişvili yazıb. Parlamentin …

Read More »

Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının sabiq sədri Kamal Kılıçdaroğluna qarşı 500 min lirə (14,5 min dollardan çox) məbləğində mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyin Aydın “X” sosial şəbəkəsində hesabında paylaşım edib. “15 iyul 2016-cı il qanlı dövlət çevrilişi cəhdindən dərhal sonra Prezidentimiz siyasi müzakirələrimizdə minimum …

Read More »

Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələri Suriyada yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, əməliyyat nəticəsində PKK /YPG terror təşkilatının 7 üzvü öldürülüb. Nazirlik terrorçulara qarşı mübarizənin davam etdiriləcəyini vurğulayıb.

Read More »

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Radio Farda” yayıb. Bildirilib ki, o, 2023-cü ilin avqustunda elmi işinin müdafiəsi üçün universitetə hakimiyyətin tətbiq etdiyi hicab qaydasını pozaraq gedib. Leyla Hüseynzadə “İnstaqram” səhifəsində ona qarşı ittiham aktının fotosunu yerləşdirərək yazıb: “İttihamlar və məhkəmə …

Read More »

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon bələdiyyəsinin sədri Mustafa Sarıgülün vəzifələrindən uzaqlaşdırıldıqlarını açıqlayıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyə DİN sosial şəbəkədə açıqlama yayıb. “Tunceli Respublika Prokurorluğu tərəfindən Xalqların Bərabərlik və Demokratiya Partiyasından olan Tunceli bələdiyyə sədri Konak və Cümhuriyyət Xalq Partiyasından olan Ovacık bələdiyyə sədri Sarıgül haqqında “Silahlı terror təşkilatına üzv …

Read More »

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. O, 224 kilometrlik Qars-Iğdır-Aralıq-Dilucu yüksəkstandartlı dəmir yolu layihəsinin tenderinin keçirildiyini qeyd edərək gələn ilin ilk aylarında onun icrasına başlayacaqlarını ehtimal edib: “Buradakı sual bu marşrutun Ermənistandan, yoxsa İrandan keçəcəyi barədədir? Məsələn, Beynəlxalq Yol Federasiyasının Dünya Konqresini İstanbulda təşkil etmişdik. …

Read More »