Bazar , 7 Dekabr 2025

Region

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 9 nəfər ölüb, 26-sı yaralanıb

Türkiyənin paytaxtı Ankarada yol qəzası olub, 9 nəfər ölüb, 26-sı yaralanıb. Boyukmillet.com xəbər verir ki, paytaxtın Polatlı rayonunda sərnişin avtobusu körpünün dirəyinə çırpılıb. Qəzaya sürücünün sükan arxasında yuxulaması və əyləc sisteminin işləməməsinin səbəb olduğu ehtimal edilir.

Read More »

Türkiyə terrorçuların təxribatının qarşısını alıb, xeyli silah-sursat ələ keçirilib

Türkiyə polisi PKK terror qruplaşmasının üzvlərinin yay aylarında təxribat törətmək məqsədilə silah-sursat gizlətdikləri mağara və sığınacaqlarda “Gürz-5” əməliyyatı keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildirib ki, 76 mağara və sığınacaqda həyata keçirilən əməliyyat nəticəsində 102 raket, 132 minaatan və qumbaraatan sursatı, 191 RPG-7 reaktiv yaylım atəşi sursatları və yanacaq patronu, 165 …

Read More »

Ərdoğan Qətər əmiri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Qeyd olunub ki, görüş Prezident İqamətgahında baş tutub. Tərəflər Yaxın Şərqdəki mövcud durum barədə danışıblar. Onlar həmçinin ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Read More »

Rusiya ABŞ-la keçirdiyi hərbi təlimlərə görə Yaponiyaya etiraz edib

Rusiya Yaponiya tərəfinə ölkənin Uzaq Şərq sərhədləri yaxınlığında təxribat xarakterli hərbi fəaliyyətin yolverilməzliyini qeyd edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir. Qeyd olunub ki, avqustun 7-də Yaponiyanın Rusiyadakı səfirliyinə 18-26 iyul tarixlərində, o cümlədən Rusiyanın sərhədlərinə yaxın yerləşən Hokkaydo ərazilərində Yaponiya-Amerika birgə “Orient Shield” təlimi ilə əlaqədar sərt etiraz edilib. Moskvada Yaponiya …

Read More »

Rusiya ilə Ukrayna arasındakı humanitar dəhliz bağlanıb

Ukrayna Silahlı Qüvvələrinin (AFU) Kursk vilayətinə hücumundan sonra Rusiya ilə Ukraynanın Sumı vilayəti arasında sərhəddə yerləşən humanitar dəhliz bağlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın reinteqrasiya naziri İrina Vereşçuk bildirib. Nazir qeyd edib ki, humanitar dəhliz ən azı on gün bağlı qalacaq. Eyni zamanda Belarusla sərhəddə yerləşən Mokranı-Domanovo keçid məntəqəsi də fəaliyyətini davam etdirir.

Read More »

Məsud Pezaşkian: Tehran İsrailə cavab vermək hüququnu özündə saxlayır

Tehran İsrailə cavab vermək hüququnu özündə saxlayır. Boyukmillet.com xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezaşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığında deyib. Tərəflər həmçinin HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra yaranan regional gərginliyi müzakirə ediblər. Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında öldürülüb. Bundan sonra İran rəsmiləri İ.Haniyənin qisasının alınacağı …

Read More »

Donald Tramp əsas rəqibi Kamala Harrislə debata çıxacaq

ABŞ-nin keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Demokratlar Partiyasından ən yüksək dövlət postuna iddia edən vitse-prezident Kamala Harrislə tezliklə debata çıxacağını bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalının efirində bildirib. “Onunla yaxın vaxtlarda debat keçirəcəyimizi düşünürəm. Bu barədə tezliklə elan veriləcək”, – o bildirib.

Read More »

İran XİN: ABŞ və bəzi Avropa ölkələri regionda qeyri-sabitliyə səbəb olublar

ABŞ və bəzi Avropa ölkələri regionda qeyri-sabitliyə səbəb olublar. Boyukmillet.com xəbər verir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani Suriyanın xarici işlər naziri Feysəl Əl-Mikdad ilə avqustun 7-də baş tutan telefon danışığı zamanı deyib. O, ABŞ və Avropa dövlətlərini terrora dəstək verməkdə ittiham edib. Nazirlər, həmçinin HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsini müzakirə ediblər.

Read More »

Hakan Fidan: Qərb riyakarlıq edir

ABŞ və Avropa İttifaqı başda olmaqla, Qərb ciddi riyakarlığa yol verir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bosniya və Herseqovinanın “Stav” nəşrinə müsahibəsində deyib. O, ABŞ və Avropa İttifaqı (Aİ) başda olmaqla, Qərbin ciddi riyakarlığa yol verdiyini bildirib. Nazir bunu Qərbin Ukrayna və Fələstinə fərqli münasibəti göstərməsi ilə əlaqələndirib. H.Fidan qeyd edib ki, Türkiyə Fələstin …

Read More »

Ermənistan yenə də KTMT-nin təlimlərinə qatılmaqdan imtina edib

Yerevan  Novosibirskdə baş tutacaq “Kobalt-2024” manevrlərində iştirak etməyəcək Ermənistanın yenə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinə qatılmadığı bildirilir. Bu dəfə Yerevan avqustun 14-dən 16-dək Novosibirskdə baş tutacaq “Kobalt-2024” manevrlərində iştirakdan imtina edib. Fevralın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı “dondurulub”. Ermənistan bundan əvvəl, 2023-cü ilin dekabrın 19-da KTMT parlamentinin iclasında iştirakdan …

Read More »