Cümə axşamı , 2 Aprel 2026

Region

TBMM sədri parlament müxalifəti ilə konstitusiya dəyişikliklərinin müzakirəsinə başlayıb

Türkiyə parlamentinin rəhbərliyi ölkə konstitusiyasına nəzərdə tutulan dəyişikliklərlə əlaqədar TBMM-də təmsil olunan müxalifət partiyaları ilə məsləhətləşmələrə start verib. Boyukmillet.com xəbər verir ki, Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş parlamentdəki müxalifət partiyaları ilə müzakirələrə başlayıb. Məlumata görə, başlanan müzakirələr parlamentin tətildə olduğu müddətdə də davam etdiriləcək. Qeyd edilir ki, müzakirələrin yekununda əldə olunan nəticələr dəyərləndiriləcək və “yol xəritəsi” hazırlanacaq. Bildirilib …

Read More »

Gürcüstanda xaricdən maliyyələşən QHT və media orqanı xüsusi reyestrdə qeydiyyata alınacaq

Gürcüstanda xaricdən maliyyələşən QHT və media avqustun 1-dən etibarən xüsusi reyestrdə qeydiyyata düşməyə başlayacaq. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Rati Breqadze deyib. Onun sözlərinə görə, “Xarici təsirin şəffaflığı haqqında” qanun çərçivəsində təşkilatların qeydiyyatı üçün texniki baza artıq yaradılıb.

Read More »

İran sahillərində qaçaqmalçılıq yolu ilə 700 min litrdən çox neft daşıyan tanker saxlanılıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri Fars körfəzində qaçaqmalçılıq yolu ilə 700 min litrdən çox neft daşıyan tankeri saxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi SEPAH-ın məlumatına istinadən bildirib. Qeyd edilib ki, Toqo bayrağı altında üzən “Pearl G” tankeri iyulun 26-da “Araş” yatağı ərazisində saxlanılıb. Gəminin göyərtəsində olan doqquz ekipaj üzvünün hamısı Hindistan vətəndaşıdır. Agentlik qeyd …

Read More »

Yakutiya meşələrində yanğınların sahəsi 1 milyon hektarı ötüb

Hazırda Yakutiyada 132 meşə yanğını qeydə alınıb, onların sahəsi 1 milyon hektardan çoxdur. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğınların söndürülməsində 222 ədəd xüsusi texnika ilə 1960 xilasedici iştirak edir. Son bir gündə mütəxəssislər 23 min hektar sahədə altı yanğını söndürməyə, 15 min hektardan çox sahədə üç yanğını lokallaşdırmağa nail olublar. Qeyd olunur ki, …

Read More »

Zelenski: Ukrayna noyabrın sonuna qədər ölkədə sülhə nail olmaq üçün plan hazırlamağı planlaşdırır

Ukrayna 2024-cü ilin noyabr ayının sonuna kimi ölkədə sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya ictimai televiziyasına (NHK) müsahibəsində bildirib. O, administrasiyası və diplomatik komandası qarşısında belə vəzifə qoyduğunu vurğulayıb. Zelenski Ukrayna ordusunun gücləndirilməsi, ilk növbədə ABŞ tərəfindən dəstək göstərilməsinin, eləcə də Rusiyaya qarşı beynəlxalq diplomatik təzyiqlərin münaqişəni …

Read More »

Türkiyə ordusu İraqın şimalında terrorçulara aid çox sayda silah-sursatı ələ keçirib

Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında “Pəncə-Kilit əməliyyatı bölgəsində terrorçulara məxsus çoxlu sayda silah və sursatın ələ keçirildiyini bildirib. Boyukmillet.com xəbər verir ki, nazirliyin “X” hesabında paylaşılan açıqlamada bildirilib ki, əməliyyat bölgəsində təsbit edilən 6 mağara/tuneldə PKK terrorçularına aid çoxlu sayda silah və sursat ələ keçirilib. Məlumata görə, ələ keçirilənlər arasında 3 ədəd əl qumbarası, 2 ədəd RPQ-7 reaktiv yaylım atəşi, …

Read More »

Qırğızıstanda MDB ölkələrindən birində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qırğızıstanda beynəlxalq terror təşkilatının üzvü saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) məlumat yayıb. N.R. adlı şəxs gizli qrup tərkibində MDB ölkələrindən birində terror aktı təşkil etməyə hazırlaşmaqda şübhəli bilinir. “O, teleqramda gizli hesablar vasitəsilə hərəkət edib. O, beynəlxalq terror təşkilatlardan birinin emissarları tərəfindən koordinasiya edilib. Cinayət törətməyə cəhd etməzdən əvvəl N.R. qrup rəhbərinə …

Read More »

Peskov: ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ bərpa olunmayacaq

ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ tam şəkildə bərpa olunmayacaq, çünki hazırda iki ölkə arasında heç bir əlaqə yoxdur. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Yeni Media Festivalı”nın iştirakçıları ilə görüşündə deyib. “Birləşmiş Ştatların Moskvadakı səfirliyinin fəaliyyəti bərpa olunmayıb və hələlik bu baş verməyəcək. Çünki de-fakto ikitərəfli münasibətlərimiz yoxdur”, – o bildirib. Qeyd edək ki, 2021-ci …

Read More »

Türkiyənin iki vilayətində meşə yanır

Türkiyənin Adana və Balıkesir vilayətlərində meşə yanğını başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Bildirilib ki, yanğınların səbəbi məlum deyil. Hazırda hər iki yanğının söndürülməsi istiqamətində işlər görülür. Hadisə yerlərinə yanğınsöndürən maşınlar və helikopterlər cəlb olunub.

Read More »