Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvana səfəri ərəfəsində “Armenpress”ə müsahibəsində deyib. O bildirib ki, İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülhün bərqərar olması Qazaxıstanın maraqlarına cavab verir. “Qazaxıstan sülhməramlı təşəbbüslərin təşəbbüskarı və dəstəkçisi kimi regionumuzun dinc və sabit inkişafına yönəlmiş istənilən …
Read More »WSJ: İran rəhbərliyi İsrailə hücumla bağlı yekun qərar verməyib
İran rəhbərliyi İsrailə hücum haqqında yekun qərar verməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. “[İsrailə] hücum planları müzakirə edilsə də, yekun qərar verilməyib”, – nəşr İran rəhbərliyi ilə əlaqəli şəxsə istinadən bildirib. Xatırladaq ki, “ABC News” İranın İsrailə mümkün həmlə üçün 100 qanadlı raket hazırladığı barədə məlumat yayıb.
Read More »Avstriya Tehrana olan uçuşları təxirə salır, Almaniya XİN isə vətəndaşlarını İrana səfər etməməyə çağırır
İrana səfərlər həyata keçirən sonuncu Qərbi Avropa şirkəti olan “Austrian Airlines” paytaxt Tehrana uçuşları təxirə salır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, regiondakı gərginlik fonunda Avstriya şirkəti aprelin 18-dək İrana reysləri dayandırır. Şirkətdən bildirilib ki, İranın hava məkanından keçən reyslərin marşrutlarına da düzəliş ediləcək: “Sərnişinlərimizin və ekipajımızın təhlükəsizliyi prioritetdir”. Eyni zamanda, Almaniya Xarici İşlər Nazirliyi sosial şəbəkədə paylaşım …
Read More »ABC News: İran İsrailə mümkün hücum üçün 100 qanadlı raket hazırlayıb
İran İsrailə mümkün həmlə üçün 100 qanadlı raket hazırlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin “ABC News” telekanalı amerikalı rəsmilərə istinadən bildirib. “ABŞ rəsmiləri İranın İsrailə raket və dron zərbələri ilə hücum etməyə hazır ola biləcəyinə dair göstəriciləri görməyə davam edir. Üç ABŞ rəsmisinin sözlərinə görə, İran mümkün zərbə üçün çoxlu sayda raket hazırlayıb. Rəsmilərdən ikisi deyib ki, İran mümkün zərbə …
Read More »Rusiya ordusu Donetsk vilayətinin daha bir kəndini işğal edib
Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut rayonunun Çasiv Yar şəhər icmasının Bohdanivka kəndini işğal edib. Boyukmillet.com xəbər verir ki, bu qənaətə Ukrayna Müdafiə Nazirliyinə yaxın OSINT-layihə olan “DeepState” teleqram kanalı gəlib. “Düşmən Bohdanivkanı işğal edərək Çasiv Yar, Novokalınove və Tonenke yaxınlığında irəliləyib”, – kanal nəql edib. Xatırladaq ki, aprelin 9-da Rusiya qoşunlarının sözügedən regionun Pervomayske kəndini işğal etdiyi açıqlanmışdı.
Read More »Gürcüstan parlament bürosu “xarici agent haqqında” qanunu qeydiyyata alıb
Bu, ölkənin Avropa ilə bağlı gələcəyinə son qoya bilər “Jamnews”un materialı Gürcüstanın parlament bürosu həm ölkə daxilində, həm də qərb təşkilatlarının tənqid atəşinə tutduğu “Xarici təsirin şəffaflığı barədə” qanun layihəsini qeydiyyatdan keçirib. İndi büro onu baxılması üçün parlament komitələrinə göndərəcək. Daha sonra qanun ümumi parlament sessiyasında üç dəfə oxunuşda qəbul edilməlidir. “Gürcü arzusu” hakim partiyası cəmiyyətdə “xarici agentlər haqqında …
Read More »Fransanın Ermənistandakı səfiri Azərbaycanla həmsərhəd bölgəyə gedib
Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Azərbaycanla həmsərhəd bölgəyə gedib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X”də yazıb. Diplomat Zəngəzurdə olduğunu bildirib: “Bu gün yenidən Sünikdə (red: Zəngəzur) oldum”. Dekotini ərazidəki vəziyyətlə tanış olduğunu bildirib. .
Read More »Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib
Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Prokurorluğun məlumatına görə, şübhəli şəxs 2016-2018-ci illərdə Qazaxıstana qaçaqmalçılıq yolu ilə istehlak mallarının keçirilməsi ilə məşğul olan cinayətkar qrupa rəhbərlik edib, həmçinin gömrük rüsumlarını və vergilərini ödəməkdən yayınıb. Nəticədə ölkəyə 4 …
Read More »Nikol Paşinyan: Sərhədlərin delimitasiyası yeni müharibənin qarşısını ala bilər
Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 10-da parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, bununla belə, bu, yeni müharibənin olmayacağına zəmanət vermir: “Buna baxmayaraq, delimitasiya aparılmalıdır. Bunu etiraf etmək çətindir, lakin bu, faktdır”. N.Paşinyanın sözlərinə görə, Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin müəyyənləşdirilməsi ölkənin …
Read More »Türkiyə Aİ-yə xəbərdarlıq edib: Yunanıstanın siyasi həmlələrinin alətinə çevrilməyin
Türkiyə Avropa İttifaqını “Yunanıstanın ətraf mühit proqramları ilə bağlı siyasi həmlələrinə alət olmaması” üçün xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin “Yunanıstanın Egey dənizində elan edəcəyi Dəniz Parkı” haqqında bəyanatında yer alıb. Sənəddə Yunanıstan Xarici İşlər Nazirliyinin bugünkü açıqlamasında cari ilin 16-17 aprel tarixlərində Afinada keçiriləcək “Okeanımız Konfransı” zamanı biri Egey dənizində, digəri İon dənizində iki yeni …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar