Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Ərdoğan İslam dünyasını həmrəyliyə çağırıb

“İslam dünyası olaraq ancaq birlikdə hərəkət edəcəyimiz təqdirdə nəyəsə nail ola bilərik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türk İş Forumunda çıxışı zamanı deyib. O bildirib ki, dünyada baş verən geosiyasi proseslər göstərir ki, həmrəy olmağın vaxtıdır: “Əks halda, çətin olacaq”. Ərdoğanın sözlərinə görə, Ankaranın çağırışları sadəcə çağırış xətrinə deyil. Bunun belə olduğunu düşünənlər yanılırlar.

Read More »

Britaniya “Vaqner”i terror təşkilatları siyahısına daxil edib

Britaniya hakimiyyəti “Vaqner” xüsusi hərbi qurumunu terror təşkilatları siyahısına əlavə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Britaniya Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, muzdlu təşkilatın terrorçu elan edilməsi üçün sentyabrın 6-da parlamentə müvafiq sənəd təqdim edilib: “Bu gün “Vaqner” terror təşkilatı elan edilib. Qərar dərhal qüvvəyə minir. “Vaqner”ə mənsub olmaq və ya aktiv şəkildə dəstəkləmək Böyük Britaniyada cinayət …

Read More »

Avropa çempionatında gümüş medal qazanan Azərbaycan millisi təltif edilib

Almaniyanın Düsseldorf şəhərində təşkil olunan at polosu üzrə 14-cü Avropa çempionatında gümüş medal qazanan Azərbaycan millisinin təltif olunması münasibətilə Dövlət Sərhəd Xidməti (DSX) Aparatında tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Atçılıq Federasiyasının nümayəndələri iştirak edib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab …

Read More »

Rektor: “BANM-də yeni ixtisasların açılması nəzərdə tutulur”

“Bakı Ali Neft Məktəbində (BANM) yeni ixtisasların açılması nəzərdə tutulur”. Bunu “Report”a müsahibəsində BANM-in rektoru Elmar Qasımov deyib. O bildirib ki, bu barədə tərəfdaşlarla danışıqlar aparılır: “Misal olaraq, Bərpa olunan enerji mühəndisliyi üzrə magistrura proqramının açılmasına hazırlaşırıq. Böyük Britaniyanın Heriot-Vat Universiteti ilə bərabər bu ixtisasın açılması üzərində iş aparırıq. Həmçinin, Kompüter elmləri ixtisasının açılmasına hazırlıq görülür. Özbəkistanla imzalanan əməkdaşlıq müqaviləsinə görə …

Read More »

İran rejimini təbliğ edən redaktor saxlanıldı

Azərbaycanda İranın molla rejimini təbliğ edən sayt redaktoru saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Moze” Teleqram kanalı məlumat yayıb. Bildirilir ki, İranın molla rejimini təbliğ edən, dini xəbərlər yayan “Maide.Az” saytının redaktoru Qədir Məmmədov saxlanılıb.

Read More »

VHP Bakının işğaldan azad edilməsinin 105-ci il dönümünü qeyd etdi

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Bakı şəhərinin azad edilməsinin 105-ci ildönümü münasibətilə Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət edib, abidənin önünə əklil və gül dəstələri qoyulub. VHP üzvləri Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçmiş türk qardaşlarımızın əziz xatirəsini yad ediblər. Boyukmillet.com xəbər verir ki, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Bakının azad olunmasının tariximizdə əvəzolunmaz rolu haqda danışaraq bu günkü …

Read More »

Türkiyənin 11 dərnək rəhbəri Ermənistanın törətdiyi təxribatlarla bağlı bəyanat yayıb

Türkiyədə fəaliyyət göstərən dərnək rəhbərləri işğaldan azad olunmuş ərazilərimizdə Ermənistanın son günlər törətdiyi təxribatlarla bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə AJMEDIA-ya İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Mərkəzinin sədri Samir Adıgözəlli məlumat verib. O qeyd edib ki, rəhbərlik etdiyi ictimai qurum da daxil olmaqla 11 qeyri hökumət təşkilatı bəyanatı Kocaeli Milli Təşkilatlar Birliyi adı altında yayıb. Bəyanatda qeyd olunub …

Read More »

QHT-lər Kərəm Həsənova müraciət edəcəklər

QHT Agentliyinin son aylardakı fəaliyyətindən narazı olan QHT-lər Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova müraciət edəcəklər! Boyukmillet.com xəbər verir ki, bu haqda məlumatı “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova öz feysbuk hesabında paylaşıb. Paylaşımı sizlərə təqdim edirik: Bildiyimiz kimi Prezident Administrasiyasında Dövlət nəzarəti məsələləri şöbəsi …

Read More »

Bir sıra məhsulların Azərbaycandan Avropa İttifaqına ixracına icazələr əldə edilib

“Avropa İttifaqına yun, dəri və akvakulturada yetişdirilən kürü məhsullarının ixracına icazələr əldə edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Avropa və Mərkəzi Asiyada Qida Standartlarının Təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Agentlik tərəfindən aparılan işlər qida təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ölkənin ixrac potensialına …

Read More »

Hande Harmancı: “Qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsələdə güzəşt olmamalıdır”

“Qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsələdə güzəşt olmamalıdır. Qida təhlükəsiz və keyfiyyətli olmalıdır. Çünki təhlükəli qida milyonlarla insanın sağlamlığına təsir edir”. Boyukmillet.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Avropa və Mərkəzi Asiyada Qida Standartlarının Təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib. ÜST rəsmisi bildirib ki, innovasiyalara uyğunlaşma təmin edilməlidir: …

Read More »