Ermənistan Baş naziri Nikol Paşinyan 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini ləğv edəcəklərini bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə erməni KİV yazıb. Qeyd edilib ki, Paşinyan bəyanatda “nəqliyyat əlaqəsi üzrə nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanlarına verilməsi” bəndindən imtina edib. “Uzun müddətdir ki, Paşinyan bununla bağlı eyhamlar vururdu. Dünən 2024-cü il büdcə layihəsinin müzakirəsi …
Read More »Qərbi Azərbaycan İcmasının BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubu qurumun ali orqanlarının rəsmi sənədləri kimi yayılıb
Qərbi Azərbaycan İcması 2023-cü il avqustun 10-da BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktub göndərərək, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması və onların evlərinə qayıtmasına əngəl törətməsi nəticəsində insan hüquqlarının kütləvi şəkildə pozulması barədə müfəssəl hüquqi qiymətləndirmə təqdim etmişdi. Bu günlərdə həmin müraciət BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının gündəliyinin soyqırımının, etnik təmizləmənin, insanlıq əleyhinə cinayətlərin qarşısının alınması, …
Read More »Fərhad Bədəlbəyli telekanalları yıxdı-sürüdü: “Verilişlərə baxanda adam utanır”
Telekanalların proqram siyasəti məsələsi olduqca vacib məsələ və problemdir. Boyukmillet.com xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə keçirilən Musiqi Forumunda deyib. “Mən istəməzdim ki, proqramların 90 faizi əyləncə motivli olsun. Heç olmasa, bunların 30-40 faizində ciddi sənət, ciddi musiqi görmək arzumdur. Elə olur ki, bu verilişlərə …
Read More »İcma sədri: Biz öz tarixi torpaqlarımıza qayıdacağıq və bunun alternativi yoxdur
Biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Bunun alternativi yoxdur və bizim toponimlərimizin əvvəlki adı qaytarılmalıdır. Bu, sosial sifariş və o torpaqlarda yaşayan vətəndaşlarımızın insani hüququdur. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli parlamentdə keçirilən “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə bildirib. “Əsas vəzifəmiz …
Read More »QHT Agentliyi və korrupsiyaya qarşı mübarizə… – İSBAM sədri yazır
Samir Adıgözəlli İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri oktyabrın 29-da qardaş Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etdi. Fürsətdən istifadə edib dəvətə görə Türkiyə Cümhuriyyəti Böyükelçisi Cahit Bağcıya təşəkkür edirəm. Uzun illər ölkəmizin ictima-siyasi proseslərində fəal iştirak etmiş insanlarla bir arada olmaq, onlarla fikir mübadiləsi aparmaq xoş oldu. Xoş olmayan isə uzun illər müxtəlif çətinliklərlə formalaşmış, hər …
Read More »Azərbaycanda işləyən Türkiyə holdinqi digər Xəzəryanı ölkələrə pul qoyacaq
Türkiyənin “Albayrak Holdinq” şirkətlər qrupu Bakı Beynəlxalq Dəniz Ticarət Limanından yüklərin daha tez daşınması üçün digər Xəzəryanı ölkələrə investisiya yatıracaq. “Qazaxıstanda bəzi terminalların istismarı ilə bağlı planlar var. Bununla yanaşı, Türkmənistanla bağlı da planlarımız var. Daha tez və yüksək səviyyədə xidmət göstərmək istəyirik”, – deyə holdinqdən qeyd olunub. “Ro-Ro gəmilərinin səfərlərinin vaxtı ilə bağlı qeyri-müəyyənlik var. Biz gəmi almağı planlaşdırırıq. …
Read More »İcma sözçüsü: “Toponimlərimiz irsimizin bir parçasıdır, onların da tarixi ədalətə ehtiyacı var”
“Toponimlərimiz irsimizin bir parçasıdır və onların da tarixi ədalətə ehtiyacı var”. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar “Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib. Onun sözlərinə görə, ermənilər dağıdılan mədəni irsimizlə yanaşı, onların adlarını da dəyişdirməklə izimizi silməyə çalışıblar: “Qərbi Azərbaycan İcması mütəmadi olaraq regionda və dünyada …
Read More »Bağça müdiri vəzifəsinə müsabiqənin müsahibə mərhələsi başlayıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. Boyukmillet.com xəbər verir ki, 31 oktyabr-2 noyabr və 6-7 noyabr tarixlərində keçiriləcək müsahibələrdə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 96 namizəd iştirak etmək hüququ qazanıb. Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin …
Read More »Federasiya prezidenti: “Əldə olunan nəticə idmançılarımızın gücünü göstərir”
“Əldə olunan nəticə idmançılarımızın gücünü göstərir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov millinin İtaliyanın Karrara şəhərində keçirilən dünya çempionatındakı çıxışı ilə bağlı deyib. Federasiya rəhbəri qazanılan 37 medalı yüksək qiymətləndirib: “Azərbaycanda kunq-fuya maraq böyükdür. Məhz buna görə rəqabət yüksəkdir. Ən yaxşı idmançılar İtaliyadakı dünya çempionatında iştirak etdilər. İdmançılarımız həm yeniyetmələr, həm gənclər, həm də böyüklər …
Read More »Ermənistan Mehridə yeni gömrük məntəqəsi tikəcək
“Mehridəki gömrük məntəqəsi sıfırdan tikiləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan bildirib. “Sıfırdan bütün beynəlxalq standartlara cavab verən yeni məntəqə tikiləcək. Eyni zamanda, gömrük nəzarətinin sürətləndirilməsinə və səmərəliliyinin artırılmasına yönəlmiş islahatlar həyata keçirilməlidir”, – o vurğulayıb. Daha əvvəl qeyd edilib ki, Mehridə yerləşən gömrükdə yenidənqurma və modernləşdirmə işlərinə artıq başlanılıb. Modernləşmə prosesi 2026-cı ilə qədər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar