Danimarka Müdafiə Nazirliyi yaxın həftələrdə Ukraynaya özünün istehsalı olan “Caesar” özüyeriyən artilleriya qurğuları vermək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun press-relizində deyilir. “Bu ilin əvvəlində Danimarka özünün bütün “Caesar” artilleriya sistemlərini Ukraynaya vermək qərarına gəlib. Hazırda ukraynalılar da texniki xidmət üzrə təlimləri başa vurublar və bu sistemləri qəbul etməyə hazırdırlar. Artilleriya sistemlərinin yaxın həftələrdə Ukraynaya çatdırılacağı gözlənilir”, – məlumatda …
Read More »Elmar Baxşıyev: “Dinamik oyun alındı”
“Dinamik oyun alındı, hər iki komanda açıq futbol göstərməyə çalışdı”. Boyukmillet.com xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXX tur matçından sonra mətbuat konfransında deyib. 43 yaşlı mütəxəssis çətin oyun alındığını bildirib: “Neftçi”nin heyətində yaxşı futbolçuları var. Komanda şəklində meydanda futbolçular istədiyimi verməyə çalışdılar. Qalib gəldik, yolumuza davam edəcəyik. Çempionatda …
Read More »Bayden: “ABŞ məxfi məlumatların yayılmasını məhdudlaşdıracaq”
“ABŞ hökuməti Pentaqonun sənədlərinin hazırkı sızması fonunda dövlət qulluqçularının məxfi məlumatlara çıxışını məhdudlaşdıracaq”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib. Onun sözlərinə görə, ABŞ-ın hərbi və kəşfiyyat ictimaiyyətinə həssas məlumatların təhlükəsizliyini gücləndirmək və onların yayılmasını məhdudlaşdırmaq üçün addımlar atmaq tapşırılıb. “Bizim milli təhlükəsizlik komandamız tərəfdaşlar və müttəfiqlərlə sıx əlaqədədir”.
Read More »Çexiya ukraynalı qaçqınlara kömək üçün 1,59 milyard dollar xərcləyib
Çexiya 2022-ci il fevralın 24-dən bu il martın sonuna qədər Ukraynadan olan qaçqınlara yardım göstərmək üçün təxminən 1,59 milyard ABŞ dolları xərcləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Çexiya Maliyyə Nazirliyinin məlumatında deyilir. Məlumatda həmçinin o da qeyd olunub ki, 100 minə yaxın ukraynalı Çexiyaya gələn kimi işə başlayıb, bu isə o deməkdir ki, vəsaitin əhəmiyyətli hissəsi vergilər və rüsumlar …
Read More »Danimarkanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
Danimarkanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu bardə Türkiyə XİN tviterdə məlumat yayıb. Nazirlikdən verilən açıqlamada deyilir: “Danimarkada müqəddəs kitabımız Qurani-Kərimə və şanlı bayrağımıza qarşı törədilən alçaq hücumu bir daha qınayırıq. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, azadlıq pərdəsi altında bu alçaq hücumlara icazə verilməsi qəbuledilməzdir. Bu məsələ ilə bağlı mövqeyimiz Danimarkanın Ankaradakı səfirinə çatdırılıb”.
Read More »Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdiriləcək
Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdiriləcək. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov və Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Hərbi Attaşelik Aparatının əməkdaşları Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektor müavini Professor Serdar Salman, Quru Qoşunları Hərbi Institutunun rəisi general-mayor İlker Görgülü, Dəniz Qüvvələri Hərbi İnstitutunun rəisi kontr-admiral Selçuk Akar …
Read More »Kitabxananın Fəxri oxucusu, professor Arif Quliyev yeni yazdığı “Millət atası” monoqrafiyasını kitabxanaya təqdim etdi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, hüquq elmləridoktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyev yeniyazdığı “Millət atası” monoqrafiyasının elektron formasını kitabxanayatəqdim etdi. Monoqrafiyada qeyd olunur ki, Heydər Əliyev müasir Azərbaycanınmemarı, Azərbaycan – Ukrayna arasında dostluq münasibətlərinin təməliniqoyan şəxsdir. Heydər Əliyev Ukrayna və Azərbaycan arasında stratejipartnyorluğun inkişafına böyük diqqət yetirərək həmişə Ukraynanın …
Read More »FETÖ-nün Azərbaycan strukturunun rəhbərlərindən biri saxlandı
FETÖ terror təşkilatının maliyyələşməsinin təşkilatçılarından olan Mehmet Cintosun Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) tərəfindən ölkədən kənarda keçirilən əməliyyatla Türkiyəyə gətirilib. Trend bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir. Qeyd edilib ki, M.Cintosun, 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan strukturunda “rəhbər şəxs” kimi fəaliyyət göstərib. O, 2014-cü ildə Türkiyəyə qayıdıb və 2016-cı ilin 15 iyulunda baş verən çevrilişə cəhddən sonra Türkiyədən qaçıb.
Read More »Yeni kənd təsərrüfatı naziri kollektivə təqdim olunub
Prezident İlham Əliyevin bu gün kənd təsərrüfatı naziri vəzifəsinə təyin etdiyi Məcnun Məmmədov bir qədər əvvəl kollektivə təqdim olunub. Boyukmillet.com xəbər verir ki, təqdimatı dövlət başçısının köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov edib. O, yeni nazirə işində uğurlar arzulayıb.
Read More »Azərbaycanda qida subyektləri öz məhsulları barədə tam və etibarlı məlumat verməli olacaqlar – QƏRAR
Qida məhsulların izlənilməsinə dair ümumi tələblər müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun təsdiq etdiyi “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası”nda əks olunub. Belə ki, qida zəncirinin hər bir mərhələsində fəaliyyət göstərən qida subyektləri, öz izləmə sistemləri və prosedurlarına əsaslanaraq qəbul etdikləri məhsulların bütün təchizatçılarının, bu Qaydanın 2.2-ci bəndi nəzərə alınmaqla məhsullarla təchiz etdiyi bütün subyektlərin müəyyənləşdirilməsi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar